Dünya
12.07.2024 / 08:51
Uesli Sneyder çirkli pulların yuyulmasında ittiham olunur
51596
Niderland millisinin keçmiş hücumameylli yarımmüdafiəçisi Uesli Sneyder cinayət təşkilatı üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinir.
Oxu.az xəbər verir ki, Sneyder milyonlarla avronun yuyula biləcəyi tikinti şirkətinin səhmdarıdır.
Araşdırma zamanı məlum olub ki, bu şirkətin qadağan olunmuş maddələrin istehsalı və satışı ilə məşğul olan avstraliyalı cinayətkar qrupla əlaqələri var.
Bu araşdırmada Uesli Sneyderin də adının hallandığı vurğulanır.
Keçmiş futbolçu bir müddət əvvəl səhmdarı olduğu şirkətin kriminal aləmlə əlaqəsi barədə heç nə bilmədiyini deyib. Sneyder bu şirkətə yatırdığı sərmayələri geri qaytara bilmədiyini də qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay