Dünya
11.07.2024 / 16:41
Hindistan Rusiya ilə uzunmüddətli neft müqaviləsi bağlamaq istəyir
51581
Hindistanın neft emalı zavodları Rusiya ilə uzunmüddətli neft idxalı müqaviləsi bağlamaq istəyir.
Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Hindistanın dövlət neft emalı zavodları ilə Rusiya arasında birgə danışıqlar artıq davam edir", deyə mənbə bildirib.
Tərəflər hələlik yekun idxal şərtləri barədə razılığa gəlməyiblər. Əsas məsələlərdən biri hesablaşmalar üçün valyuta seçimi ilə bağlıdır.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Hindistanın özəl neftayırma zavodları daha sonra danışıqlara qoşula bilər. "Nayara Energy and Reliance Industries" artıq Rusiya neftinin idxalı üçün müddətli müqavilələrə malikdir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay