Polşa səfərbərliyə görə ukraynalıların xaricə mümkün axınından narahatdır
Polşa səfərbərliyə görə ukraynalı işçilərin xaricə axınından qorxur. Mayın 18-dən qüvvəyə minmiş səfərbərlik qanunu ilə bağlı olan ukraynalıların Polşadan kütləvi şəkildə gedə biləcəyi ilə bağlı məlumatlar yayılır.
Valyuta.az xəbər mümkün verir ki, bu barədə Business Insider məlumat yayıb.
Qanuna görə, xaricdə olan (məsələn, Polşada) hərbi xidmət keçməli olan ukraynalılar iyulun 17-dək məlumatlarını yeniləməsələr, onların konsulluq xidmətlərinə çıxışı məhdud olacaq.
Nəticədə, pasportlarının etibarlılıq müddəti qısa olan şəxslər xaricdə işləmək və qalmaq üçün tələb olunan hazırkı sənədlərinin müddəti bitdikdən sonra səyahət edə və işləyə bilməyəcəklər.
“Mövcud qanuna əsasən, konsulluq xidmətlərinə məhdud çıxış Polşanı tərk etmək məcburiyyətində qalması deməkdir. Əgər biz ölkə olaraq bu insanlara qarşı sərt davransaq, onlar Qərbi Avropanın daha az repressiv ölkələrinə köçməyə başlayacaqlar”, - BBC-nin əmək bazarı üzrə eksperti və Weegree Group-un sədri Qrzeqorz Kulisz bildirib.
ZUS-un məlumatına görə, 2024-cü ilin mart ayının sonunda 760 200 ukraynalı sığortada qeydiyyata alınıb ki, onların da 52 faizi kişilərdir. Onların əksəriyyəti tikinti sənayesi, sənaye, logistika, kənd təsərrüfatı və ticarət sahələrində çalışır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay