Dünya
11.07.2024 / 09:56
Bu ölkədə zibil toplayan turistlərə mükafat veriləcək
51526
Danimarkanın paytaxtı Kopenhagendə turizmin yaratdığı ətraf mühitin çirklənməsi ilə mübarizə üçün zibil toplayan turistlərə mükafatlar veriləcək.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, Kopenhagen Turizm Ofisindən verilən açıqlamada, turistlərə ekoloji cəhətdən təmiz fəaliyyətlərdə iştirak etdikləri təqdirdə pulsuz yemək və fəaliyyət mükafatlarının veriləcəyi bildirilib.
Bu fəaliyyətlərə ictimai nəqliyyat və ya velosiped sürmə kimi fəaliyyətlər daxildir. Bunun müqabilində turistlər yemək, qəhvə və ya kano icarəsi üçün hədiyyə çekləri tələb edə bilərlər. Müraciət iyulun 15-də başlayacaq.
Layihə avqustun 11-dək davam edəcək. İlk müraciət uğurlu olarsa, ilin qalan hissəsində davam edəcək.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay