Yaponiyada sanksiyalardan yayınmaqda şübhəli bilinən rusiyalı həbs edildi
Yaponiyada Rusiya vətəndaşı sanksiyalardan yayınaraq Rusiya Federasiyasına reaktiv xizəklər və digər mallar ixrac etməkdə şübhəli bilinərək həbs edilib.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Mövcud məlumata görə, 38 yaşlı rusiyalı Osakada ofisi olan Astrade ticarət şirkətinin nümayəndəsi olub. Ötən ilin yanvarında o, tətbiq edilən sanksiyalardan yayınaraq Rusiyaya reaktiv xizəklər, gəmi mühərrikləri və işlənmiş motosikletlər də daxil olmaqla mallar ixrac edib.
Bu həbs Yaponiyada sanksiyalar rejimindən yayınaraq Rusiyaya mal tədarükü ittihamı ilə edilən ilk həbsdir.
Rusiyanın Osakadakı Baş Konsulluğu bildirib ki, bu barədə Yaponiya polisi bu yaxınlarda xəbərdar edib. Rusiya diplomatları vəziyyəti izləməyə davam edəcəklər.
Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Tokio faktiki olaraq Şimali Atlantika Alyansı ilə hərbi əməkdaşlığı dərinləşdirməyə və inkişaf etdirməyə başlasa, Moskva bir sıra sahələrdə, o cümlədən hərbi-texniki sahədə cavab tədbirləri görəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay