Aİ Ukraynada defoltla bağlı suala cavab verə bilmədi
Avropa Komissiyasının (AK) rəsmisi Erik Mamer Ukraynanın potensial defoltu ilə bağlı suala cavab olaraq, Brüsselin bununla bağlı açıq açıqlaması olmadığını deyib.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
“Düşünürəm ki, bizim bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verəcək bir şeyimiz yoxdur”, deyə o, jurnalistin müvafiq sualını cavablandırarkən vurğulayıb.
Mamer qeyd edib ki, Avropa Komissiyası Ukraynanın münaqişə fonunda maliyyə vəziyyəti ilə bağlı məlumatı yoxlayacaq.
İyulun 7-də Britaniyanın "Telegraph" nəşri Ukraynanın avqustda defolt edə biləcəyini və bunun Kiyev üçün fəlakət olacağını yazıb.
Məqalənin müəllifi Ben Marlounun sözlərinə görə, Qərb maliyyə institutları tərəfindən verilən kreditlər üzrə faiz ödənişlərinə iki illik moratorium gələn ayın əvvəlində başa çatdığından Ukrayna rəhbərliyi indi kreditorlarla razılığa gəlməyin yollarını axtarır.
Materialda deyilirdi ki, müqavilə son tarixdən əvvəl bağlana bilməzsə, nəticələr fəlakətli ola bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay