Vahid Ələkbərov Rusiyada ən çox varlanan iş adamı oldu - RƏQƏMLƏR
“Bloomberg”in araşdırmasına görə, 2023-cü ildə və 2024-cü ilin birinci rübü ərzində rusiyalı iş adamları arasında sərvətini ən çox artıran şəxs LUKOIL neft şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov olub. Azərbaycanlı iş adamı qısa müddətdə sərvətini 20,5 milyard dollardan 28,6 milyard dollara yüksəldə bilib.
Valyuta.az xəbər verir ki, Ələkbərovun sərvətini sürətlə artırmasının səbəbi onun gəlirlərinin artmasıdır. O, yalnız 2023-cü ildə 2 milyard dollara yaxın dividend əldə edib.
Digər milyarderlərdən “Severstal”ın sahibi Aleksey Mordaşov 1,64 milyard dollar, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 1,34 milyard dollar, “Siburun” səhmdarı və NOVATEK İdarə Heyətinin sədri Leonid Mixelson 1,18 milyard dollar dividendə sahib olub.
Ümumilikdə, rusiyalı milyarderlər 2023-cü ildə və 2024-cü ilin birinci rübündə 11,3 milyard dollar gəlir əldə ediblər.
Qeyd edək ki, Rusiyanın ən zəngin insanları sanksiyalardan sonra sərvətlərinin bir hissəsini itirsələr də son bir ildə gəlirlərini artırmaq hesabına itirdiklərindən də çox sərvət əldə ediblər.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay