İran BRICS ölkələrinin ödəniş sistemlərini birləşdirməyi təklif etdi
İran milli ödəniş sistemlərinin birləşdirilməsi mexanizminin bütün BRICS ölkələrinə yayılmasını təklif edib.
Valyuta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.
O, iki ölkənin Mərkəzi bankları vasitəsilə Rusiya və İranın milli ödəniş sistemlərinin birləşdirilməsi prosesinin başa çatmasından danışıb. Kənani qeyd edib ki, bunun tərkib hissəsi olaraq ticarət hesablaşmalarının milli valyutalara köçürülməsi üçün lazımi şərait yaradılıb.
“Biz danışıqları davam etdiririk, o zaman İran Rusiya tərəfinə öz təklifini bildirdi - bu mexanizmin BRICS ölkələrinə də yayılması”, deyə diplomat Rusiya tərəfinin bu təklifə müsbət yanaşdığını vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi ümidvar olduğunu bildirib ki, İran və Rusiya Federasiyası arasında ticarəti asanlaşdırmaq üçün mövcud alətlər BRICS ölkələrinə də şamil olunacaq. O əlavə edib ki, bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay