"Kindle" istifadəçiləri satın alınan bütün elektron kitablara girişi itirib
"Amazon Kindle" cihazlarının istifadəçiləri satın alınan elektron kitabların yüklənməsi ilə bağlı problemlərdən onlayn şikayət ediblər.
Valyuta.az xəbər verir ki, bu barədə “Habr” portalı məlumat yayıb.
"Reddit"dəki şikayətlərə əsasən, kitab yükləmələri 30%-də dayanır. "Kindle"ı yenidən yükləmək və yeniləmək və ya Wi-Fi-ı dəyişdirmək problemi həll etməyə kömək etmir. "Amazon" dəstəyi ilə əlaqə saxladıqdan sonra istifadəçilərə cihazlarını zəmanət altında qaytarmaq təklif olunur.
Bu nasazlıqla bağlı mesajlar şirkətin rəsmi forumunda da peyda olub. Bu halda kitabın yüklənməsi 1%-də dayanır. Bir istifadəçi problemin onların bütün "Kindle" cihazlarına təsir etdiyini qeyd edib.
"Amazon" sözçüsü Ceyj Burke elektron kitabları yükləmək qabiliyyətinə təsir edən nasazlığın tez bir zamanda aradan qaldırıldığını bildirib.
"Good e-Reader"ə görə, "Amazon" dəstəyi problemi server nasazlığı ilə əlaqələndirib. Şirkət 48 saat ərzində kitab yükləmək imkanını bərpa edəcəyinə söz verib, lakin bunun daha uzun çəkə biləcəyi barədə xəbərdarlıq edib.
"Amazon" dəstəyi problemlə üzləşən istifadəçilərə güc düyməsini 40 saniyə basıb saxlamaqla cihazlarını yenidən başlatmağı və sonra kitabı yenidən endirməyə cəhd etməyi tövsiyə edib.
Bu nasazlıq "Libby" proqramı vasitəsilə "OverDrive"dan "Kindle"a kitabların endirilməsinə də təsir edib, lakin iOS və "Android" üçün "Amazon" "Kindle" proqramlarına təsir göstərməyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay