Dünya
05.07.2024 / 18:15
Türkiyə taxıl müqaviləsini bərpa etməyə ümid edir
51244
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Qara dəniz taxıl müqaviləsini yeni formatda bərpa etməyə ümid edir.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Hələlik biz dəhlizin Rusiya hissəsində işləyəcəyik. İnanıram ki, bu istiqamətdə əldə edəcəyimiz nəticələr sayəsində Qara dəniz taxıl dəhlizini yenidən işə salacağıq",- deyə Ərdoğan bildirib.
Qeyd edilir ki, Qərb ölkələrindən yan keçməklə yeni dəhlizin yaradılması planlaşdırılır. Marşrutun Türkiyə, Afrika və qidaya ehtiyacı olan digər bölgələrdən keçəcəyi güman edilir.
Taxıl müqaviləsi 2022-ci il iyulun 22-dən 2023-cü il iyulun 17-dək qüvvədə olub. Rusiya daha sonra fikir ayrılıqlarına görə müqaviləni yeniləməkdən imtina edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay