Belarus İranla Aİİ arasında azad ticarət sazişini ratifikasiya etdi
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə parlamentinin iyunun sonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qəbul etdiyi qanunu imzalayıb.
Valyuta.az xəbər verir ki, sənəd Milli Hüquq İnternet Portalında dərc olunub.
Minsk gözləyir ki, 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanmış sazişin həyata keçirilməsi belarus ixracatçılarına rüsumları ləğv etməklə öz məhsullarının İran bazarına tədarükünü artırmağa imkan verəcək. 2022-ci ildə Belarus və İran arasında ticarət dövriyyəsi təxminən 100 milyon dollar təşkil edib, 2023-cü ildə isə 40% də artıb.
2023-cü ilin sonunda Rusiya prezidenti Vladimir Putin sazişi imzaladıqdan sonra qeyd edib ki, sənəd qeyri-tarif maneələrinin əhəmiyyətli dərəcədə azaldılmasını və Rusiya və İranın işgüzar dairələri arasında kommersiya əməkdaşlığının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasını nəzərdə tutur. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi izah edib ki, Tehran Rusiyadan ölkəyə cari ixracın 95%-dən çoxuna tarif imtiyazları verəcək, həmçinin proqnozlaşdırıla bilən və şəffaf ticarət rejimi yaradacaq. Avrasiya İqtisadi Komissiyası bəyan edib ki, İranla azad ticarət zonasının yaradılması yaxın 5-7 il ərzində onun Aİİ ölkələri ilə ticarət həcmini ildə 18-20 milyard dollara çatdırmağa imkan verəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay