Aİ-dən olan iş adamları Rusiya ilə ticarət əlaqələrini davam etdirmək istəyir
Almaniya, Belçika və İspaniyadakı Rusiyanın ticarət nümayəndələri iddia edirlər ki, Rusiya Federasiyası ilə Aİ arasında ticarət dövriyyəsinin azalması Avropa bizneslərini Rusiya ilə yeni təmaslar üçün yollar axtarmağa sövq edir.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
İspaniyadan olan ticarət nümayəndəsi Vaxtanq Mosaşvilinin sözlərinə görə, yerli biznes Rusiya tərəfinə qoyulan məhdudiyyətlərdən narazıdır.
Belçikadakı ticarət nümayəndəsi vəzifəsini icra edən Andrey Smirnov vurğulayıb ki, yerli sahibkarlar şəxsi söhbətlərində Rusiyaya qarşı sanksiyaların tezliklə dayandırılmasını istədiklərini iddia edirlər.
Bundan əvvəl məlum olub ki, Aİ Rusiya Federasiyasına qarşı sanksiyaları dərinləşdirmək və onun aktivlərindən əldə olunan gəlirdən Kiyevə dəstək vermək üçün işləməyə davam edəcək.
İyunun 27-də Aİ yeni sanksiyalar paketi çərçivəsində Rusiya şirkətlərinin aktivlərinin ələ keçirilməsi mexanizmini tətbiq edib.
Bu tədbir Avropa təşkilatlarının törəmə şirkətlərinin (Fortum, Carlsberg) müvəqqəti idarə olunması və tətbiq edilən məhdudiyyətlərə görə öhdəliklərini yerinə yetirmədikləri üçün Rusiyadakı Aİ şirkətlərinin aktivlərinə həbs qoyulması kimi Rusiyanın əks-sanksiyalarına cavab adlanır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay