Dünya
04.07.2024 / 16:47
Amerikalı investor ABŞ və Çini bir-biri ilə mübahisə etməməyə çağırdı
51139
"Vaşinqton və Pekin düşmənçilikdən qarşılıqlı faydalı ticarətə keçməlidir".
Valyuta.az xəbər verir ki, bu barədə məşhur amerikalı investor Cim Rocers "RİA Novosti"yə müsahibəsində bildirib.
O qeyd edib ki, problemlərlə üzləşən və səs qazanmağa çalışan siyasətçilər xarici dövlətlərə qarşı ittihamlar səsləndirməyi xoşlayırlar. Və bu, təkcə ABŞ-da deyil, bütün dünyada baş verir.
Rocers hər kəsin "dost, ticarət və səyahət etməli" olduğuna inandığını ifadə edib. Xüsusilə, investor vurğulayıb ki, ABŞ və Çin dünyanın iki ən böyük iqtisadiyyatıdır və bir-biri ilə ticarət etsəydilər, hamı daha yaxşı olardı.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay