Türkiyədə bu tarixdən kirayə qiymətləri kəskin bahalaşacaq - SƏBƏB
Türkiyədə bu ilin iyulundan kirayə qiymətlərində kəskin artım baş verəcək.
Valyuta.az Sfera.az-a istinadən bildirir ki, buna səbəb iki il əvvəl tətbiq olunan kirayə qiymətlərində artım qaydalarının qüvvədən düşməsidir. İki il öncə qəbul edilən keçici qaydalara əsasən, bir ildə kirayə qiymətləri 25 faizdən çox artırıla bilməz.
Müvəqqəti tətbiq edilən bu qayda bu ilin iyulunda bitir. Buna görə də iyuldan kirayə qiymətlərinə yenidən baxılan zaman əvvəlki qaydaların tətbiqinə başlanılacaq.
Əvvəlki qaydalara əsasən isə kirayə qiymətlərindəki artım inflyasiya səviyyəsinə uyğun olmalıdır.
Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı iyun ayı inflyasiya məlumatlarına əsasən, daşınmaz əmlak bazarında icarə qiymətləri 65 faiz artıb.
İcarə qiymətləri 65 faiz artdığına görə, kirayə qiymətlərində də yeni aydan 65 faiz artım tətbiq olunacaq. Məsələn, hazırda ayda 10 min lirə (530 manat) kirayə haqqı ödəyən şəxs növbəti aydan 16 500 lirə, yəni 875 manat ödəməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay