Aİ "Qazprom"la yeni müqavilə haqqında düşünür
Avropa İttifaqı “Qazprom”la 2024-cü ilin dekabrında Ukrayna ərazisindən qaz nəqli üzrə müqavilənin müddəti bitdikdən sonra yeni müqavilə bağlaya bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” biznes qəzeti yazıb.
Nəşrin məlumatına görə, Avropa İttifaqı ölkələri hazırda Rusiya tərəfi ilə yeni saziş imzalamaq imkanını nəzərdən keçirir. Variantlardan biri “Qazprom Export” ilə Rusiya Federasiyası və Ukrayna sərhədində Rusiya qazını alıb Avropaya göndərəcək Avropa enerji şirkəti arasında yeni müqavilənin bağlanmasını nəzərdə tutur.
Bu rola mümkün namizəd "Qazprom" ilə 2040-cı ilə qədər mövcud müqaviləsi olan Avstriyanın OMV şirkətidir. Lakin bu ssenari Kiyevin razılığını tələb edir.
Alternativ variant Azərbaycandan qaz tədarükünün artırılmasını nəzərdə tutur. Nəzərə alsaq ki, Trans-Anadolu Qaz Boru Kəməri artıq məşğuldur, Aİ də Ukrayna vasitəsilə tədarüklə bağlı danışıqlar aparmalı olacaq. Bu sxem yenidən Rusiya Federasiyasının iştirakını tələb edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay