Finlandiya prezidenti Aİ-ni müharibə iqtisadiyyatına keçməyə çağırdı
"Avropa İttifaqı ölkələri sursat və silah üçün dövlət sifarişlərini birləşdirərək müharibə iqtisadiyyatına keçməlidir".
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb deyib.
Stubbın fikrincə, bu cür hərəkətlər Avropa müdafiə sənayesini uzunmüddətli perspektivlə təmin edəcək.
Bundan əlavə, Finlandiya prezidenti əvvəllər vitse-prezident olduğu Avropa İnvestisiya Bankını hərbi sənayeni maliyyələşdirməyə daha nikbin başlamağa və bu məsələdə öz qırmızı xətlərini keçməyə çağırıb.
İyunun 1-də ABŞ-ın məşhur investoru Cim Rocers bildirib ki, Rusiya ilə münaqişədə Ukraynaya hərbi və maliyyə yardımı Avropa ölkələrinin iqtisadi inkişafına mane olur və Avropa İttifaqının dağılmasına səbəb ola bilər. Rocersin fikrincə, Aİ-nin problemləri assosiasiyaya daxil olan ölkələrin Böyük Britaniyadan nümunə götürərək onu tərk etmək istəyinə səbəb ola bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay