Amerikalı investor inflyasiyadan qorunmağın yolunu açıqladı
Birləşmiş Ştatlar pul çap etməyə başladıqdan sonra taxıla sərmayə qoymaq inflyasiyadan qorunma təmin edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə məşhur amerikalı investor Cim Rocers RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun fikrincə, kənd təsərrüfatı investisiyalar üçün cəlbedici yerdir.
“Xüsusilə Amerika hakimiyyəti yenidən pul çap etməyə başlayandan sonra. İnflyasiya baş verəndə isə taxıl özünü qorumaq üçün bir vasitəyə çevrilir”, - Rocers izah etdi.
Eyni zamanda, investor kənd təsərrüfatının uzun müddətdir, “dərin depressiya” vəziyyətində olduğunu qeyd edib.
Bundan əvvəl ABŞ-ın Respublikaçılar Partiyasından olan ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Tomas Massi demişdi ki, artan inflyasiya bütün dünya ölkələrini ABŞ dollarının devalvasiyası səbəbindən ondan imtina etməyə məcbur edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay