Dünya
02.07.2024 / 23:57
Ukraynada Ermənistan və Gürcüstan şərablarının satışının qadağan edilməsi tələb edilir
50977
Ukraynalı şərabçılar ölkədə erməni və gürcü şərablarının satışına qadağa qoyulmasını tələb ediblər.
Valyuta.az xəbər verir ki, bunu Sputnik Ermənistan-a müsahibəsində “Ermənistanın Milli Şərab Mərkəzi” təşkilatının sədri Avaq Arutyunyan deyib.
Məlum olduğu kimi, Ukraynanın bir sıra şərab zavodlarını birləşdirən “Ukrvinprom” assosiasiyası 17 gürcü və erməni şərab və konyak istehsalçısına qadağa qoyulması xahişi ilə SBU-ya müraciət edib. Assosiasiya buna əsas kimi bu iki ölkədən içkilərin müvəqqəti olaraq işğal olunmuş ərazilərdə satılmasını göstərib. Şirkətlərə 10 il müddətinə embarqo qoyulması, eləcə də onların aktivlərinin və ticarət nişanlarına olan hüquqlarının dondurulması təklif edilir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay