Yaponiya internet sürətinə görə yeni dünya rekordu müəyyənləşdirdi
Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun (NICT) alimləri məlumatların ötürülməsində yeni mərhələyə çataraq, saniyədə 402 terabit (Tbps) sürət rekordu vurublar.
Valyuta.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Yeni mərhələ Böyük Britaniyanın orta genişzolaqlı sürətindən beş milyon dəfə sürətlidir. Bu temp cəmi bir saniyə ərzində 12500-ə yaxın filmi endirməyə imkan verir.
Bu nəticəyə nail olmaq üçün yapon mütəxəssisləri yeni texnikadan istifadə ediblər, bunun sayəsində əvvəllər istifadə olunmamış dalğa uzunluğu diapazonlarından istifadə etmək mümkün olub. Bu, rabitə infrastrukturunun imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.
Rekordun laboratoriya şəraitində qeydə alınmasına baxmayaraq, alimlər məlumatların okeanlararası məsafələrə ötürülməsi imkanlarını daha da genişləndirməyə ümid edirlər.
Müqayisə üçün qeyd edək ki, 5G şəbəkələrində məlumat ötürmə sürəti 10 Gbit/s ilə məhdudlaşır ki, bu da 4G-dən təxminən 10 dəfə yüksəkdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay