Ukraynalı oliqarxın şirkətlərinin səhmlərini Rusiya özünküləşdirdi
Rusiya məhkəmə icraçıları ukraynalı oliqarx İqor Kolomoyskinin iki şirkətinin (Rusiyada terrorçu və ekstremistlərin reyestrinə daxildir) səhmlərini və onun işi üzrə borcluların 503 daşınmaz əmlak obyektini müsadirə edərək ölkənin gəlirlərinə keçiriblər.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya Federasiyası FSSP-nin direktoru Dmitri Aristov bildirib.
Bu qərarı Adıgeyin Koşexablski Rayon Məhkəməsi qəbul edib. “Yujqazenerji” MMC və “Katerinq-YUQ” MMC-nin səhmləri Kolomoyski və onun şəriklərinin ekstremist fəaliyyəti ilə bağlı dövlət gəlirlərinə keçirilib.
May ayında həbsdə olan İqor Kolomoyskiyə qarşı yeni ittihamlar irəli sürülüb.
TASS Ukrayna Təhlükəsizlik Xidmətinin Telegram kanalına istinadən xəbər verir ki, iş adamını yeni istintaq materialları əsasında ömürlük həbs cəzası gözləyir. Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları kifayət qədər sübutlar toplayıb və müttəhimi adam öldürməyə cəhddə ittiham ediblər.
Bundan əvvəl Kiyevin Şevçenko Rayon Məhkəməsi Kolomoyskinin istintaq təcridxanasından müalicə olunmaq üçün özəl klinikaya aparılmasına icazə verib. Məhkəmə şübhəli şəxsə lazımi tibbi yardım göstərilərkən hüquqlarına riayət olunmasına nəzarəti prokurorluğa həvalə edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay