Antalya hava limanı uçuşları kütləvi şəkildə təxirə salmağa başladı
Turizm mövsümünün başlaması ilə Türkiyənin Antalya şəhərinin hava limanı böyük sərnişin axınının öhdəsindən gələ bilməyib və uçuşları kütləvi şəkildə təxirə salmağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə RBC yazıb.
Elektron displey məlumatlarına əsasən, gecikmə Rusiyaya uçuşlara da təsir edib. Belə ki, təyyarə Soçiyə üç saat yarım, Domodedovoya isə beş saat gecikmə ilə çatacaq.
Tur Operatorlar Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidzenin sözlərinə görə, hələ turizm mövsümündən əvvəl Antalya Hava Limanı sərnişinlərə xidmət göstərməkdə çətinlik çəkib.
İyunun 29-da Antalya Hava Limanı 1146 reys yerinə yetirib ki, onlardan mini beynəlxalq reyslərdir. Həmin gün sərnişin daşınması 209 min nəfərdən çox olub ki, bu da rekord göstəricidir. Nəqliyyat işçilərinin həmkarlar ittifaqı bildirib ki, geniş miqyaslı gecikmələrin qarşısını almaq üçün dispetçerlər əlavə səy və iş vaxtı sərf etməyə məcburdurlar. Hava limanının işçiləri işin həcminin öhdəsindən gələ bilmədiklərinə görə iş yükünün azaldılmasını tələb edirlər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay