ABŞ maliyyəçisi Ukraynaya görə Aİ-nin və avronun batacağını proqnozlaşdırdı
Moskva ilə münaqişədə Kiyevə hərbi və maliyyə yardımı Avropa ölkələrinin iqtisadi inkişafını ləngidir və Avropa İttifaqının dağılmasına səbəb ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə məşhur ABŞ sərmayəçisi Cim Rocers deyib.
“Bu (Ukraynaya yardım – redaktorun qeydi) iqtisadiyyatların yavaşlamasına gətirib çıxaran amil olacaq. Yaxın iki-üç ildə Avropaya problemlər gələndə siyasətçilər avrodan imtina etməyi təklif edəcəklər, bu problemdir”, - maliyyəçi hesab edir.
İnvestor qeyd edib ki, avro kimi valyutalar həmişə müəyyən müddət ərzində yox olub, yəni avronun özü də “bir gün məhv olacaq”.
Rocers həmçinin əlavə edib: Aİ-nin problemləri Böyük Britaniyadan nümunə götürərək assosiasiyaya daxil olan ölkələrin onu tərk etmək istəyinə səbəb ola bilər.
Bundan əvvəl Rocers Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyəti şərh edib. Onun fikrincə, Rusiya hökuməti kollektiv Qərbin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək üçün “layiqli iş” görüb. O, həmçinin Rusiyanın sonda sanksiyaların nəticələrindən tam qurtulacağına əminliyini ifadə edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay