Ukrayna qaz və istilik tariflərini artırmağı planlaşdırır
Ukraynanın Kommunal Təsərrüfat İstehlakçıları İttifaqının rəhbəri Oleq Popenko bildirib ki, ölkə hakimiyyəti payızda qaz və istilik tariflərini artırmaq niyyətindədir.
Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Ali Rada bu payızda qaz, qaz paylama və istilik tariflərinin artırılması məsələsini ciddi şəkildə nəzərdən keçirir. Buna səs vermək üçün kifayət qədər səs yoxdur, amma iş gedir. Biz nazirlərimizin və Ali Radanın deputatlarının ağlında nə olduğunu bilirik. Payızda hətta elektrik enerjisinə görə tariflərin növbəti dəfə artımını gözləmək olar", deyə məlumatda bildirilir.
Bundan əvvəl Ukraynanın Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko bildirmişdi ki, avqustda elektrik enerjisində fasilələr sutkada 4-6 saata qədər azalacaq. Xarçenkonun sözlərinə görə, Ukraynanın enerji obyektlərində təmir işləri davam edir.
Xarçenko yeni hücumları proqnozlaşdırmağın çətinliyinə diqqət çəkib, lakin ümumilikdə əhalinin elektrik enerjisi ilə təminatında vəziyyətin yaxşılaşdığını bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay