Kiyev yaşamaq üçün ən pis 10 şəhər siyahısına daxil oldu - The Economist reytinqi
Ardıcıl ikinci ildir ki, Kiyev The Economist jurnalına görə yaşamaq üçün ən pis şəhərlər onluğuna daxil edilib.
Valyuta.az xəbər verir ki, reytinqə dünyanın 173 ən böyük şəhəri daxil edilib və ekspertlər onları bir neçə meyar üzrə qiymətləndiriblər: infrastruktur, təhsil, ekoloji vəziyyət, səhiyyə, mədəniyyət və ətraf mühit, sabitlik.
Vyana ardıcıl üçüncü il ən əlverişli metropolis adını alıb.
İlk beşliyə daha üç Avropa şəhəri daxil olub: Kopenhagen, Sürix və Cenevrə. İlk onluğa həmçinin Kanadanın iki şəhəri - Kalqari və Vankuver və Asiya-Sakit okean regionunun dörd şəhəri - Melburn, Sidney, Osaka və Oklend daxil olub.
Reytinqdə ən aşağı yeri Dəməşq tutub. Eyni zamanda, Kiyev artıq ikinci ildir ki, on ən pis şəhərlər sırasındadır və 173 şəhər arasında 165-ci yerdədir. Əvvəlki illərlə müqayisədə, Qəzza zolağında gedən müharibə səbəbindən Tel-Əviv daha aşağı yerdə qərarlaşıb.
Reytinq Britaniyanın “The Economist” jurnalının analitik bölməsi olan Economist Intelligence Unit (EIU) tərəfindən tərtib edilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay