Rusiya aktivlərindən ilk gəlir bir həftəyə Ukraynaya veriləcək - Borrell
Ukrayna gələn həftə (1-7 iyul, - red.) Rusiyanın dondurulmuş aktivlərindən gözlənilməz gəlirdən 2,5 milyard avro alacaq.
Valyuta.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclası başlamazdan əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
“Bizim dondurulmuş aktivlərdən gəlirimiz var və biz hər hansı bloklamadan qaçaraq onlardan istifadənin yollarını axtarmalıyıq (Aİ üzv dövlətləri tərəfindən - red.). Bunu tez bir zamanda etmək üçün bir prosesimiz var. İlk pul tranşı gələn həftə, iyulda gələcək. İkincisi bir ay sonra. Bu puldan istifadə etmək lazımdır. Hər hansı bir maneənin qarşısını almaq üçün qanuni prosedurumuz var", - Borrel deyib.
Ukraynanın gələn həftə alacağı məbləğlə bağlı aydınlaşdırıcı sualı cavablandıran Ali Nümayəndə deyib ki, söhbət 2,5 milyard avrodan gedir.
Eyni zamanda, o, əmin olduğunu bildirib ki, bəzi Aİ-yə üzv dövlətlər tərəfindən bu qərarın mümkün əngəllənməsinin qarşısını almaq lazımdır.
“Biz imkan verməməliyik ki, bu, Rusiya gəlirləri ilə baş versin. Və bizim bu gün müzakirəyə çıxardığımız bir qərarımız var. Ukraynanın indi daha çox köməyə ehtiyacı var. Və ümid edirəm ki, nazirlər bizim təklifi dəstəkləyəcəklər”, - Borrel bildirib.
O, həmçinin qeyd edib ki, bu yaxınlarda İsveçrədə keçirilən Sülh Sammiti “diplomatik yol açıb”, lakin “Putinin cavabı, Şimali Koreyaya getməsi, silah ala bildiyi yerə getməsi” müharibəyə “açıqcasına uzun müddətə hazırlıq olduğunu göstərir”.
"Bizim tərəfimizdən diplomatik yol işləməyə davam etməlidir, lakin biz Ukraynaya dəstəyimizi artırmalıyıq", - Aİ-nin ali nümayəndəsi vurğulayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay