Dünya
23.06.2024 / 10:49
"Honda" 2025-ci ildə dünyanın ən çox satılan mopedinin istehsalını dayandıracaq
50465
Yaponiyanın "Honda" konserni 2025-ci ilin noyabrına qədər mühərrikinin həcmi 50 kub. sm və ya daha az olan mopedlərin, o cümlədən dünyanın ən çox satılan “Super Cub” seriyasının istehsalını dayandıracaq.
APA xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.
Qərarın səbəbi sərt avtomobil istismar standartlarının və işlənmiş qaz emissiyası tələblərinin tətbiqi olub.
Bundan əlavə, elektrik velosipedlərinin, skuterlərin və motosikletlərin geniş yayılması səbəbindən belə mopedlərin satışı indi minimum səviyyədədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay