Müxalifət qalib gəlsə, Paris Kiyevə yardımı azaldacaq
Fransada keçirilən parlament seçkilərində sağçı Milli Cəbhə partiyası qalib gəlsə, Parisdən Kiyevə hərbi və maliyyə yardımı xeyli azalacaq.
Valyuta.az xəbər verir ki, bunu Fransanın baş naziri Qabriel Attal BFMTV-nin yayımladığı mətbuat konfransında deyib.
"Əgər Milli Cəbhə qalib gəlsə, Ukraynaya dəstəyin əhəmiyyətli bir hissəsi dayanacaq", deyə baş nazir bildirib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu bəyan edib. İlk tur iyunun 30-na təyin edilib. İkinci tur iyulun 7-də baş tutacaq.
Makron parlamentin buraxılacağını və növbədənkənar seçkiləri elan etməsəydi, ölkənin xaosa qərq olacağını bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay