SWIFT vasitəsilə ödənişlərdə yuanın payı azalmaqda davam edir
SWIFT banklararası sistemi vasitəsilə hesablaşmalarda yuanın payı artıq ikinci aydır ki, aşağı düşüb.
Valyuta.az-ın məlumatına görə, "RİA Novosti"nin təhlili göstərir ki, may ayının sonunda bu rəqəm martda 4,69%-ə qarşı 4,47%-ə düşüb.
Eyni zamanda, il ərzində Çin valyutasının SWIFT vasitəsilə ödənişlərdə payı 1,8 dəfə artıb.
Yayın əvvəlinə dollar beynəlxalq ödəniş sistemi vasitəsilə hesablaşmalarda istifadə olunan valyutalar arasında 47,89% payla liderliyini qoruyub. Mayın sonunda avronun payı 22,85% təşkil edib.
İyunun əvvəlində məlum olub ki, G7 və Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Buraya, həmçinin Rusiya Federasiyası Mərkəzi Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemindən (SPFS) - SWIFT-in rus analoqundan istifadə edən üçüncü ölkələrin bankları üçün məhdudiyyətlər daxil ediləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay