Gürcüstan turistlər üçün icbari sığorta tətbiq edəcək - Bu tarixdən
2026-cı il yanvarın 1-dən Gürcüstana gələn bütün xarici turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta icbari olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə gürcü KİV-lərində məlumat verilib.
Ölkəyə gələn qonaqların sağlamlığının və təhlükəsizliyinin qorunması üçün turizm qanunvericiliyinə dəyişikliklər edilib.
Yeni tələblər üçün planlaşdırılan icra tarixi əvvəlcə 1 iyun 2024-cü il tarixinə təyin edilmişdi, lakin özəl sektor, habelə xarici səfirliklər və konsulluqların tam hazırlıqlı və məlumatlı olmasını təmin etmək üçün təxirə salınacaq.
Bu dəyişikliklər parlament çoxluğu tərəfindən dəstəklənir və bu, özəl sektorun yeni qaydalara uğurla uyğunlaşdırılması üçün yeni normativ aktların, o cümlədən məlumat kampaniyalarının və digər tədbirlərin həyata keçirilməsinə çoxmərhələli yanaşmanın zəruriliyi vurğulanır.
©Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay