BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
50191

1930-cu illərin repressiyasında məmurlar özlərini qorumaq üçün fərqli üsullara əl atıblar. Kimisi öz həmkarını şərləyərək özünü təmizə çıxarıb, kimlərsə sağ qalmaq üçün ölkəni tərk etməyi çıxış yolu sayıb, hətta məmurlar arasında intihar faktları da qeydə alınıb və s. SSRİ Dövlət Bankının idarə heyətinin sədri Lev Maryasin isə özünü sığortalamaq üçün Stalinlə görüşməyi qərara alıb. O, bu məqsədlə 14 iyul 1936-cı ildə Stalinin qəbul otağına zəng vuraraq görüş xahiş edib. Elə həmin gün sovet lideri axşam saatlarında baş bankiri qəbul edib. Qəbulda həmin dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) postunu tutan Vyaçeslav Molotov da iştirak edib. Görüş yarım saata qədər davam edib.

Əvvəlcə Maryasin Stalinə Dövlət Bankı ilə bağlı qısa hesabat xarakterli məruzə edib. Məruzədən sonra Stalin soruşub:

Yoldaş Maryasin, sizin hansısa bir təklifiniz, yaxud sizi narahat edən bir məsələ varmı? Partiyanın müdaxiləsinə ehtiyacı olan istənilən problemin həllində biz lazımi qərarlar çıxara bilərik.

Xeyr, yoldaş Stalin, mənim şəxsi bir narahatlığım var. Mən gələcək həyatım üçün narahatam.

Stalin kürsüsündən qalxaraq ona yaxınlaşıb, əlini baş bankirin çiyninə qoyub:

-Heç bir narahatlığa ehtiyac yoxdur, sən müxalifətçi deyilsən axı. Sən bizim qırmızı bankirsən.

Maryasin Stalinin kabinetini ruh yüksəkliyi və sevinclə tərk edib. Bu sevincin ömrü isə cəmi 12-13 saat çəkib. Səhəri gün Maryasin iş yerinə gedəndə kabinetinin qapısının möhürləndiyini görüb. Köməkçisi ona Xalq Komissarları Sovetindən göndərilən sənədi verib. Sənəddə qeyd edilib ki, iş yerinin dəyişdirilməsi ilə bağlı o, vəzifəsindən azad edilib.

Baş bankir dərhal yuxarılardakı əlaqələrindən istifadə edərək məsələyə aydınlıq gətirmək istəyib. Kremldən Maryasinə bildiriblər ki, yaxın günlərdə o, Mərkəzi Komitənin aparatında işlə təmin olunacaq.

Dörd gün keçdikdən sonra Maryasin Kremldən növbəti bir informasiya əldə edə bilib. Ona bildiriblər ki, Mərkəzi Komitə aparatında işlə təmin edilməsi təxirə salınıb. Çətin vəziyyətə düşən sabiq bankir Stalinə teleqram ünvanlayıb:

“Mən Mərkəzi Komitə aparatına təyinatımın təxirə salınmasından olduqca narahatam. Mənə çox çətindir. Xahiş edirəm, məni 10-15 dəqiqəlik qəbul edib dinləyəsiniz”.

Gərginliyə daha 12 gün tab gətirən Maryasin 31 iyulda Stalinə eyni məzmunda növbəti bir məktub ünvanlayıb. Bu məktubdan cavab almasa da onu işlə təmin ediblər. Amma Mərkəzi Komitənin aparatında deyil, Kiyev vilayətində konserv kombinatının inşasına rəhbər vəzifəsinə.

Maryasin ümidlərini üzməyib, bu vəzifəni keçid dövrü kimi qəbul edib. Həqiqətən də Kiyevdəki fəaliyyəti onun üçün keçid dövrü olub. Amma vəzifə kürsüsünə yox, dəmir barmaqlıqlar arasına. 20 dekabr 1936-cı ildə o, terrora cəhddə, terror təşkilatları ilə əlaqədə, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. 10 sentyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Maryasin haqqında ən ağır hökm, güllələnmə hökmünü çıxarıb. Hökm həmin gün icra edilib.

Maraqlıdır, Maryasin hansı səbəblərə görə Stalinin qəzəbinə tuş gəlib?

Qeyd edək ki, hələ oktyabr inqilabı dövründə Maryasin Leninin mühafizəçisi qismində onu müşayiət edənlərdən biri olub. Qırmızı Professura İnstitutunda təhsil aldıqdan sonra o, partiya və təsərrüfat orqanlarında fəaliyyətini davam etdirib. Xalq Komissarları Sovetində ticarət şəbəkəsinin, Ukrayna Kommunist Partiyasının Mərkəzi Komitəsində informasiya və statistika şöbəsinin müdiri, Mərkəzi Komitədə təşkilat şöbəsinin müdir müavini, SSRİ Dövlət Bankı idarə heyətinin sədr müavini vəzifələrini daşıyıb. 1934-cü ildə o, Dövlət Bankına rəhbər təyin edilib.

Maryasin “NKVD” başçısı Nikolay Yejovun ən yaxın dostlarından biri olub. Ətrafdakılar onları “qədəh dostları” adlandırıb. Bütün əyləncələrini bir yerdə keçirən iki məmur ən iyrənc oyunlardan çıxıblar.

Yejovun mühafizəçilərindən biri məhkəmə prosesində bu iyrəncliklər haqqında aşağıdakı ifadəni verib:

“Yejovun bağ evində olduqca tez-tez səhərə qədər davam edən əyləncələr keçirilirdi. Bu tədbirlərin demək olar ki, hamısında Maryasin əsas simalardan biri olurdu. Sərxoş vəziyyətə düşdükdən sonra onların çıxardıqları oyunları sözlə ifadə etmək çətindir. Məsələn, gecənin bir aləmində Yejovla Maryasin mərcə girişirdilər. Mərc nədən ibarət olurdu? 5 qəpiklik sikkənin üstünə o qədər siqaret külü atırdılar ki, qəpik görünməz olurdu. Sonra onlar şalvarlarını aşağı çəkərək arxadan buraxdıqları qazla qəpiyin üstündəki külü təmizləməyə başlayırdılar. Kim qalib olurdusa məğlubdan istədiyi şeyi, hətta hər şeyi xahiş edə bilərdi. Bu iyrənc səhnələri müşahidə etmək dəhşətli idi...”

Maryasin “iyrənc” oyunlarda hər dəfə Yejova qalib gələndən sonra dostlarının yanında qələbəsini qürur hissi və həvəslə nağıl etməyə başlayıb. Bu isə öz növbəsində Yejovun qıcığına səbəb olub. Bu qıcıq o dərəcəyə çatıb ki, o, dostunu məhv etməyə qərar verib. Məhz Maryasin haqqında “sənədlər qovluğu”nu da Stalinə Yejov təqdim edib. Onun terror təşkilatlarla əlaqədə olduğunu, vəzifədən sui-istifadə etdiyini, tüfeyli həyat sürdüyünü, kommunist əxlaqına zidd əməllərini Kremldə “sübuta” yetirərərək Maryasinin güllələnməsinə nail olub.

İlham Cəmiloğlu, Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin