BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
50184

Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatının bir sıra sahələrində ciddi çöküşlərin qeydə alındığı sirr deyil. Hakim partiya ciddi-cəhdlə ölkədə iqtisadiyyatın yüksək templə böyüdüyünü bəyan etsə də, real mənzərə tam başqa faktları ortaya çıxarır. Bu yaxınlarda isə məlum olub ki, son aylar ərzində Ermənistanın xarici ehtiyatları bir milyard dollardan çox, yəni 25 faiz azalıb. Əgər 2023-cü ilin avqustunda ölkənin valyuta ehtiyatları dörd milyard 219 milyon dollar idisə, 2024-cü ilin may ayında bu göstərici üç milyard 188 milyon dollar təşkil edib. Hökumət üzvləri isə daim iqtisadi artım, respublikaya misilsiz valyuta axını barədə nağıllar danışırlar.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ölüm ayağında olan insanı xatırladan sistem

Bu azalma əsasən maliyyə sistemi ilə bağlıdır. İqtisadi artımın bu göstərilənlərlə heç bir əlaqəsi yoxdur. Çünki hakimiyyətin car çəkdiyi iqtisadi artım sünidir. Obrazlı desək, hazırda Ermənistan iqtisadiyyatı süni nəfəs aparatına qoşulmuş ölüm ayağında olan insana bənzəyir. Son yarım il ərzində iqtisadi artım yenidən etiketləmə adı altında qızıl və qiymətli daşların Rusiyadan erməni dövləti vasitəsilə ərəb ölkələrinə, Hindistana ixracına əsaslanır. Eyni zamanda, ticarət və xidmət kimi ənənəvi sektorlar, qumar biznesi və mərc oyunları, mədən sənayesi və körpü tikintisi kimi sahələr də iqtisadi inkişaf kimi xalqa sırınıb.

Təkcə faiz ödənişləri üçün iki milyard dollar lazımdır

Ermənistanın maliyyə sisteminin vəziyyətinə nəzər salanda görünür ki, istər xarici, istərsə də daxili borcların, xüsusən də son beş-altı il ərzində olanların ödənilməsi böyük vəsait tələb edir. İki milyard dollardan çox vəsait təkcə faiz ödənişləri üçün lazımdır. Bir milyard 200 milyon dollar isə əsas borcu təşkil edir. Bunlar çox böyük rəqəmlərdir və söhbət ancaq dövlət borcunun ödənilməsindən gedir.

Digər tərəfdən, özəl əmanət təşkilatları xarici mənbələrdən külli miqdarda borclar və maliyyə resursları toplayıblar. Onlar özəl banklar, ixtisaslaşmış kredit təşkilatları - fondlardır. Sonuncuların bu siyasətə əl atması heç də əbəs deyil, çünki Mərkəzi Bankın yenidən maliyyələşdirmə dərəcəsinin çox yüksək olduğu şəraitdə özəl banklar və digər kredit təşkilatları üçün də bu mənzərə sərfəlidir.

Ehtiyatlar bir milyard dollardan çox azalıb

Bütün yuxarıda sadalanan hallar xarici valyutaya böyük tələbatın yaranmasına səbəb olur. Məhz bu səbəbdən ölkənin xarici valyuta ehtiyatları bir milyard dollardan çox azalıb. Son rəqəmlər göstərir ki, idxal valyuta ehtiyatlarından çoxdur.

Ehtimal etmək olar ki, 2025-ci il dövlət borcuna xidmət baxımından daha çətin olacaq. Bu o deməkdir ki, həm faizlərin, həm də əsas borcun ödənilməsi son dərəcə çətin, baha başa gələcək və çox böyük həcmdə borc tələb edəcək. Bunun üçün isə erməni hökuməti xarici fondlara müraciət edəcək. Həmin məbləğləri həm dövlət, ixtisaslaşmış depozit təşkilatları, həm də istehsal sektoru təşkilatları xarici fondlardan əldə edir. Peşəkar nöqteyi-nəzərdən burada heç bir problem yoxdur. Amma Ermənistanın maliyyəsini idarə edənlərin, Mərkəzi Bankın idarəçilərinin bütün bu axınları tarazlı vəziyyətdə saxlamaqla bağlı böyük problemi var. İqtisadiyyat həyat qabiliyyətli, orta və uzunmüddətli dəyər yaradan sistemlər olsa, buna nail olmaq mümkündür. Amma hakim partiyanın təcrübəsi göstərir ki, əsas iqtisadi artım deyiləndə ticarət və yuxarıda qeyd edilən qızıl məhsullarının yenidən etiketlənməsi nəzərdə tutulur. Bu isə spekulyasiyadan başqa bir şey deyil. Qiymətli metallara əsaslanan spekulyativ oyunlar yaxşı heç nə gətirməyəcək və belə davam edərsə, ölkənin maliyyə sisteminin iflasa uğraması mümkündür.

İqtisadiyyatın real sektoru yaddan çıxıb

Erməni dramı hələ də həddindən artıq bahadır ki, bu da ilk növbədə yerli istehsala və ixraca təsir edir. Amma heç kim iqtisadiyyatın real sektoru haqda düşünmür. Söhbət daxili iş yerlərinin yaradılmasından gedir. Bu gündəm hakimiyyətin proqramında sadəcə mövcud deyil.

Digər tərəfdən, dolların ucuz olması qəribə və paradoksaldır. Hökumət və Mərkəzi Bank əlavə emissiya hesabına ekspansiya siyasəti aparmır. İnflyasiya çox aşağı səviyyədədir, hətta bəzən vəziyyət deflyasiya xarakteri daşıyır və bu vəziyyətdə yenidən maliyyələşdirmə dərəcəsi 8%-dən yuxarı, yüksək səviyyədə saxlanılır. İnflyasiya 1,5-2% diapazonunda olduğu halda, bu, sadəcə olaraq, məntiqə zidd siyasətdir və ilk növbədə öz iqtisadiyyatının inkişaf planlarına qarşı yönəlib.

Nikolun ucuz dollar siyasəti

Aydındır ki, ucuz dollar, nə qədər paradoksal səslənsə də, ilk növbədə hökumətə borc gündəmində ilişib qaldığı üçün lazımdır. Paşinyan hökuməti son beş ildə hər il orta hesabla bir milyard dollar artan borca xidmət etmək üçün ucuz dollar yığır. Bu gün dövlət borcu 12 milyard dollar civarındadır, ona özəl borcları da əlavə etsək, konsolidə edilmiş borc 15 milyard dollara yaxındır və bütün bunlara xidmət etmək üçün xarici valyuta lazımdır. Bu tələb məzənnəni aşağı salmağa məcbur edir. Belə vəziyyətin yaranması isə maliyyə sektorunda dalana dirənmə kimi qiymətləndirilə bilər.

Göründüyü kimi, Ermənistanın xarici valyuta bazarı can üstündədir. Paşinyan hökuməti ölkəni borc bataqlığına salır, hər il xarici borc durmadan artır. Turizmin və iqtisadiyyatın inkişafı ilə bağlı sabun köpükləri isə artıq partlayıb. Real mənzərə erməni dövlətinin maliyyə uçurumunun astanasında olduğuna işarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Durov məhkəmə nəzarətində olarkən "Telegram"ın gəlirləri milyard dolları ötdü

Uorren Baffetdən bütün valideynlərə tövsiyə: "Varlı olub-olmamağınızdan asılı olmayaraq..."

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin