Aİ Rusiyanın aktivlərinin hansı müddətə dondurulacağını açıqladı
Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Rusiya aktivləri onların hesabına Ukraynaya veriləcək kreditlərin ödənilməsi müddətində dondurulacaq.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
“Bəli, biz Rusiyaya güclü siqnal göndərmək niyyətindəyik. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə hazırıq”, - o deyib.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ ölkələrinin dondurulmuş Rusiya aktivlərinin yerləşdirilməsi nəticəsində əldə etdikləri gəlir iyul ayından etibarən Ukraynaya verilməyə başlayacaq. Həmçinin, fon der Leyen Berlində Ukraynanın bərpasına dair konfransda əlavə edib ki, Kiyev ölkənin infrastrukturunu bərpa etmək üçün əlavə vəsait alacaq.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi təhlükəli presedentə çevriləcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay