Putin: Qərbin Rusiyaya qarşı sanksiyaları ləğv edilməlidir
Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi bütün sanksiyalar Moskvanın yeni təklifinə uyğun olaraq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin bir hissəsi kimi ləğv edilməlidir.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.
“Təbii ki, bu, həm də Rusiyaya qarşı Qərbin bütün sanksiyalarının ləğvini nəzərdə tutur”, - o deyib.
Rusiya lideri Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı ehtimalları da “tam cəfəngiyyat” adlandırıb. Ölkə liderinin sözlərinə görə, Avropa üçün təhlükə Rusiya deyil, Avropa ölkələrinin ABŞ-dan kritik, demək olar ki, total asılılığıdır.
İyunun 14-də Putin Rusiya Xarici İşlər Nazirliyində dövlət miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı iclas keçirib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında dövlət başçısı bəyan edib ki, Rusiya hələ də mənalı miqrasiya siyasəti qurmayıb, lakin hökumətə belə bir tapşırıq verilib. Onun sözlərinə görə, bu mövzuya sistemli şəkildə tez bir zamanda toxunmaq lazımdır, “biz bu problemin olmadığını iddia edə bilmərik”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay