Dünyanın ən qeyri-punktual aviaşirkəti məlum olub
Dünyanın ən qeyri-punktual aviaşirkəti Macarıstanın aşağı büdcəli “Wizz Air” aviaşirkəti seçilib.
Valyuta.az xəbər verir ki, bu barədə “The Independent” Britaniyanın Mülki Aviasiya Təşkilatının (CAA) məlumatlarına istinadən yazıb.
2023-cü ildə bu daşıyıcının Böyük Britaniya hava limanları üzərindən uçuşları üçün gecikmələri orta hesabla 31 dəqiqə 36 saniyə olub.
Təhlil zamanı 2 500-dən çox uçuş həyata keçirən aviaşirkətlərin Britaniya hava limanlarından bütün planlı və çarter reysləri nəzərə alınıb. Qeyd olunub ki, “Wizz Air”in əsas rəqibi, İrlandiyanın aşağı büdcəli “Ryanair” aviaşirkəti daha punktual olub və orta hesabla 19 dəqiqə 54 saniyə gecikmə ilə reytinqdə 14-cü yeri tutub.
2023-cü ildə dünyanın 10 ən qeyri-punktual hava yolu şirkəti
1. Wizz Air, Macarıstan (orta uçuş gecikməsi 31 dəqiqə 36 saniyə)
2. Türk Hava Yolları, Türkiyə (28 dəqiqə 36 saniyə)
3. Tui, Böyük Britaniya (28 dəqiqə 24 saniyə)
4. Air India, Hindistan (28 dəqiqə 12 saniyə)
5. Pegasus Hava Yolları, Türkiyə (25 dəqiqə 6 saniyə)
6. Air Portugal, Portuqaliya (23 dəqiqə 48 saniyə)
7. Vueling Hava Yolları, İspaniya (23 dəqiqə 6 saniyə)
8. Swiss Airlines, İsveçrə (22 dəqiqə 48 saniyə)
9. Air Canada, Kanada (22 dəqiqə 6 saniyə)
10. British Airways, Böyük Britaniya (21 dəqiqə 36 saniyə)
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay