Dünya
13.06.2024 / 20:54
Özbəkistan bankı Rusiya ilə valyuta əməliyyatlarını dayandırdı
50036
ABŞ-ın sanksiyalarına görə, Özbəkistanın Asia Alliance Bankı Rusiya rezidentləri ilə valyuta əməliyyatlarını dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.
"ABŞ sanksiyalar paketinin yenilənməsi ilə əlaqədar olaraq, Rusiya rezidentləri ilə bağlı bütün valyuta əməliyyatları dayandırılıb", - maliyyə qurumunun Telegram kanalında deyilir.
Mətbuat xidməti müştəriləri “ödənişlərin bərpası ilə bağlı əlavə elanlar” gözləməyə çağırıb.
Asia Alliance Bank Özbəkistanda əsasən kiçik və özəl biznesə xidmət göstərən orta ölçülü banklardan biridir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay