Qazaxıstan satdığı artıq nefti iyunda kompensasiya edəcək
İyun ayında Qazaxıstan hakimiyyəti genişləndirilmiş Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC+) razılaşması çərçivəsində may ayında neft hasilatının artıqlığını kompensasiya edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti rəsmi "Telegram" kanalında məlumat yayıb.
“Qazaxıstan Respublikası OPEC+ sazişinə tam sadiqdir”, - bəyanatda deyilir.
Mənbələrin məlumatına görə, 2024-cü ilin may ayında ölkə öhdəliklərini sutkada 45 min barel üstələyib.
"Qazaxıstan bu həddən artıq hasilatı kompensasiya edəcək" deyə bildirilib.
Üstəlik, Energetika Nazirliyi iyun ayı öhdəliklərini, o cümlədən əlavə könüllü ixtisarları tam yerinə yetirəcəyini vəd edib. Bu ilin əvvəlindən neft hasilatının həcminin artırılması gələn il sentyabrın sonunadək nəzərdə tutulub.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya neftinin Qazaxıstan ərazisindən keçməklə Çinə nəqli sahəsində əməkdaşlığa dair Rusiya ilə hökumətlərarası sazişə dəyişikliklərə dair protokolu ratifikasiya edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay