Valyuta Fondu bu ölkə üçün Çindən yardım istədi - SƏBƏB
Beynəlxalq Valyuta Fondu (BVF) Argentinanı maliyyə böhranından qurtarmaq üçün Çindən gizli dəstək istəyib.
Valyuta.az xəbər verir ki, BVF Çinin Argentinaya açdığı 18 milyard dollarlıq svop xəttinin bir hissəsi üçün ödənişlərin yenidən müəyyənləşdirilməsini xahiş edib.
Mənbələrin “Bloomberg”ə verdiyi məlumata görə, Argentina rəsmiləri ilə BVF nümayəndə heyəti arasında ötən ay nəzərdən keçirilən razılaşmaya Pekin və Buenos-Ayres arasında mövcud 18 milyard dollarlıq svop xətti üzrə borcun yenidən maliyyələşdirilməsi və ya qaytarılması üzrə öhdəlik də daxildir. Ötən ay Argentina Mərkəzi Bankının açıqladığı məlumata əsasən, Argentina Çin Mərkəzi Bankına bu ay təxminən 2,9 milyard dollar, iyulda isə 1,9 milyard dollar ödəməlidir. Argentina borcunu qaytara bilməsə, BVF ona 43 milyard dollarlıq krediti ayırmayacaq.
BVF Argentinanın ödəmə qabiliyyətinin normal olduğunu göstərmək üçün Çindən borcları yeniləməsini istəyib. Çin hələlik BVF-nin bu istəyinə müsbət cavab verməyib.
Argentina uzun müddətdir ki, yüksək inflyasiyadan əziyyət çəkir. Bəzi dövrlərdə illik inflyasiya hətta 100 faizi ötür. Argentinada yüksək inflyasiyanın baş verməsinin səbəbi isə milli valyutanın ucuzlaşmasıdır. Ucuzlaşmanın qarşısını almaq üçün Argentina BVF-dən borc istəyib.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay