Putin: Rusiya Türkiyənin bütün təşəbbüslərini hörmətlə nəzərdən keçirir
Rusiya Federasiyası Türkiyənin Qara dənizdə gəmiçiliklə bağlı bütün təşəbbüslərini nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki , bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı deyib.
“Biz Türkiyə Respublikasının bu yolda bütün təşəbbüslərini diqqətlə, böyük hörmətlə nəzərdən keçiririk və sizinlə əlaqə saxlayacağıq”, - deyə dövlət başçısı bildirib.
Bundan əvvəl Reuters mənbələrə istinadən yazıb ki, Türkiyə iki aydır Ukrayna və Rusiya Federasiyası ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair saziş üzrə danışıqlar aparır, lakin Ukrayna tərəfi bundan imtina edib.
Oxşar vəziyyət 2022-ci il iyulun 22-də Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri tərəfindən İstanbulda imzalanmış taxıl sazişi ilə bağlı da baş verib.
Müqavilə Odessa da daxil olmaqla, üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracında Rusiyanın yardımını nəzərdə tuturdu.
Bundan əlavə, Rusiya Federasiyası ilə BMT arasında Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı təşkilatın öhdəliklərini özündə əks etdirən memorandum imzalanıb.
17 iyul 2023-cü ildə taxıl müqaviləsi başa çatıb. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, razılaşmaya qayıdacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay