Dünya
10.06.2024 / 19:12
Dolu uçuş zamanı təyyarənin ön şüşəsini və burnunu qırdı
49820
Avstriyanın "Austrian Airlines" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsini Mayorkadan Vyanaya uçuş zamqnı güclü dolu vurub.
Valyuta.az xəbər verir ki, təbii fəlakət ön şüşənin qırılmasına və təyyarənin burnunun dağılmasına səbəb olub.
Nəticədə pilotlar Vyana hava limanına çətinliklə enməli olublar.
Sərnişinlər də öz növbəsində problemlərin miqyasını yalnız enişdən sonra qiymətləndirə biliblər.
“Biz tufan cəbhəsindən uçurduq. Enişdən təxminən yarım saat əvvəl qəfil güclü silkələnmə hiss olundu”, deyə sərnişin Marsel H Avstriyanın “Kronen” qəzetinə bildirib.
Dolu ön şüşəni qırdıqdan sonra pilot dispetçerlərə qəza siqnalı verib. Uçuşa nəzarət hadisəni təsdiqləyib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay