Rusiya idxal olunan şərab üçün yeni qiymət həddi təyin etdi
Rusiya Argentina, Çili və Cənubi Afrika kimi “dost” ölkələrin şərablarının Avropadan idxalı tamamilə əvəz edə biləcəyinə şübhə edir.
Valyuta.az xəbər verir ki, bu barədə RBC-yə Rusiyanın böyük spirt distribütoru "Simple Group"un rəhbəri Maks Kaşirin məlumat verib.
Onun sözlərinə görə, onların sadəcə olaraq kifayət qədər həcmləri yoxdur, üstəlik, oradan logistika daha mürəkkəbdir və qiymətlər daha yüksəkdir.
Kaşirin müxtəlif oyunçuların maraqlarını nəzərə alaraq Rusiyada bütün alkoqol sənayesinin səlahiyyətli tənzimlənməsini qura biləcək "vahid birləşdirici qüvvənin" olmadığını qeyd edib İndi hər kəs yalnız öz seqmentinə cavabdehdir - araq istehsalçıları, pivə istehsalçıları, şərabçılar, idxalçılar.
"Rusiyada şərab qiymətləri artmağa davam edəcək", deyə iş adamı xəbərdarlıq edib.
O, ötənilki proqnozunu real adlandırıb ki, 700 rubldan ucuz şərablar bir ildən sonra piştaxtalardan yoxa çıxacaq. Yeni aksiz vergilərini və qoruyucu rüsumları nəzərə alaraq, "dost olmayan" ölkələrdən gələn şərablar üçün aşağı hədd artıq 1250-1350 rubl, "dost" olanlar üçün isə təxminən 1000-1100 rubl olacaq.
Eyni zamanda, Kaşirin siyasətə görə Avropa şərabçıları ilə bütün əlaqələrin kəsilməsinə qarşı çıxıb. Onun fikrincə, şərab xalqlar arasında əlaqələri təşviq edən “sivilizasiya məhsuludur”.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay