Macarıstan Ukrayna taxılının idxalına qoyulan qadağanı ləğv etməyəcək
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto TASS-a bildirib ki, Budapeşt Ukrayna taxılının ölkəyə idxalına qoyulan qadağanı aradan qaldırmaq niyyətində deyil.
Valyuta.az xəbər verir ki, Macarıstan, Slovakiya və Polşa 2023-cü il sentyabrın 16-da Ukraynadan taxıl idxalına qadağa qoyub.
“Biz Ukrayna taxılının Macarıstana idxalını qadağan etmişik və bu siyasəti dəyişmək istəmirik. Ukrayna taxılının idxalına qadağa qoyulması ilə bağlı mövqeyimiz dəyişməyəcək”, Peter Siyarto Sankt-Peterburq İqtisadi Forumunda (SPIEF) bildirib.
2023-cü ilin aprelində Avropa Komissiyası Ukrayna buğdası, qarğıdalı, günəbaxan və kolza toxumlarına embarqo qoyub. Məhdudiyyətlər 2023-cü il sentyabrın 15-dək qüvvədə olub. Macarıstan, Slovakiya və Polşa daha sonra milli idxal qadağalarını tətbiq ediblər. Ukrayna taxılının bu ölkələr vasitəsilə tranzitinə hələ də icazə verilir.
Siyartonun sözlərinə görə, tədbir Macarıstanın daxili bazarını qorumaq üçün nəzərdə tutulub. Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, embarqo tətbiq olunana qədər Ukrayna taxılının qiyməti 27-37% ucuzlaşıb və yerli fermerlərin böyük itkilərə məruz qalmasına səbəb olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay