Türkiyə “Apple”da araşdırmalara başladı
Türkiyənin Rəqabət Təşkilatı “Apple”ın tətbiq mağazası olan “App Store”da araşdırmalara başlayıb.
Valyuta.az xəbər verir ki, bununla bağlı ölkənin Rəqabət Təşkilatı bəyanat yayıb.
Bəyanata əsasən, “App Store”un proqram tərtibatçıları üçün ödəniş sistemlərinə müəyyən məhdudiyyətlər qoyduğuna dair şübhələr ortaya çıxıb.
“Tərtibatçıların tətbiq daxilindəki istifadəçilərinə tətbiqdənkənar ödəniş kanalları haqqında məlumat vermələrinin qarşısı alınır. Bu qadağaya görə istehlakçıların mövcudluğundan xəbərsiz olduqları daha yaxşı seçimlərə (daha aşağı qiymətlərə) çıxış imkanları məhdudlaşdırılır.
“Apple” şirkətinin ödəniş xidmətləri baxımından proqram tərtibatçılarına tətbiq etdiyi digər məhdudiyyət, tətbiqdaxili satınalmalar üçün “Apple”ın öz ödəniş sisteminin tələb olunması və tətbiqdaxili rəqəmsal məzmun satışı ilə bağlı əməliyyatların “Apple”ın ödənişi vasitəsilə həyata keçirilməsinin tələb olunmasıdır.
“Apple”ın öz ödəniş sistemini tələb edərək proqram tərtibatçılarının seçim azadlığını aradan qaldırıb-qaldırmadığını və digər ödəniş sistemlərinin “Apple” ekosisteminə daxil olmasının qarşısının alınıb-alınmadığının araşdırılmasına ehtiyac yaranıb. Rəqabətin Mühafizəsi haqqında Qanunun 6-cı maddəsinin pozulub-pozulmadığını müəyyən etmək üçün araşdırma başladılması qərara alınıb”, - bəyanatda deyilir.
© Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay