
06.06.2024 / 12:26
ABŞ Rusiya ilə ticarətə tam embarqo tətbiq etməyə hazırlaşır
49579
Vaşinqton Moskvanı ixrac gəlirlərindən məhrum etmək üçün ekstremal tədbirlər görməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinq Ağ Evdə Rusiya ixracına tam qadağa tətbiq edilməsinin müzakirəsini açıqlayıb.
O, ideyanı parlaq deyil, məntiqli adlandırıb, çünki Moskva öz iqtisadiyyatını hərbi iqtisadiyyata çevirir. Bu baxımdan, Qərb anti-Rusiya sanksiyalarından yayınmamaq üçün səylərini gücləndirməlidir.
Qeyd edilir ki, ABŞ-ın hələ də Rusiya ilə zənginləşdirilmiş uran, palladium və mineral gübrələrə ehtiyacı var.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay