ERR: Estoniyanın Ukraynaya ildə 100 milyon avro ayıracağı vədi məcburi deyil
Estoniyadan Ukraynaya ildə 100 milyon avro məbləğində maliyyə yardımının ayrılması məcburi deyil.
Valyuta.az xəbər verir ki, bu barədə ERR ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Estoniya Xarici İşlər Nazirliyindən ERR-ə bildiriblər ki, müvafiq saziş tərəflərin üzərinə heç bir hüquqi öhdəlik qoymur.
"Bu, beynəlxalq müqavilə deyil, ikitərəfli siyasi niyyət bəyannaməsidir", deyə XİN bildirib.
Prezident Volodimir Zelenski və baş nazir Kaya Kallasın imzalamaq niyyətində olduqları sənədə əsasən, Tallin Ukraynaya ildə 100 milyon avrodan çox hərbi yardım göstərəcəyini vəd edir. Bununla belə, materialda qeyd edildiyi kimi, hüquqi cəhətdən məcburi olmayan vədin ölkə büdcəsində necə təsbit oluna biləcəyini görmək qalır.
Bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirmişdi ki, Ukrayna cəbhədə dönüş nöqtəsinə nail olmaq üçün illik 120 milyard avro maliyyəyə ehtiyac duyur. Diplomat qeyd edib ki, NATO ölkələri hər il Kiyevə ÜDM-in 0,25 faizini ayırmağa razılaşıblar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay