
Ərdoğan TANAP-ın ötürmə qabiliyyətinin genişləndirildiyini açıqladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) gücünün genişləndirildiyini açıqlayıb. Ərdoğanın Bakıda keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisində çıxışı zamanı qeyd etdiyi kimi, söhbət Türkmənistanda hasil edilən qazın Avropaya nəqli üçün imkanların genişləndirilməsindən gedir.
Valyuta.az xəbər verir ki, bu barədə TRT Haber yazır.
“İndi Türkmənistanda hasil edilən qazın Türkiyə və Avropaya birgə nəqli və TANAP-ın imkanlarının genişləndirilməsi zaman məsələsidir. Bu məsələlərlə bağlı işimizin tezliklə nəticə verəcəyi şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın növbəti birgə uğuru olacaq”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin xatırladıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsində güclü əlaqələri var, buna misal olaraq artıq həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri, eləcə də TANAP layihələri var.
Trans-Anadolu Qaz Boru Kəməri TANAP Azərbaycan, Gürcüstan, Türkiyədən keçir, oradan isə Trans-Adriatik Qaz Boru Kəməri ilə Avropaya uzanır.
Əvvəllər bildirilib ki, Azərbaycan ötən il Avropaya qaz ixracını 2022-ci illə müqayisədə 5,3% artıraraq 23,8 milyard kubmetrə çatdırıb. 2023-cü ildə Azərbaycan qazının Avropaya ixracı 11,8 milyard kubmetr və ya Azərbaycandan tədarük olunan bütün qazın təxminən 50%-ni təşkil edib. 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya nəqlinin həcminin ən azı 18 milyard kubmetrə çatdırılması planlaşdırılır.
2022-ci ildə “Forbes” yazıb ki, Ərdoğan Putini qaz tələsinə salıb və Rusiya milyardlarla dollar itirərək Türkiyədən asılı olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay