Dünya
04.06.2024 / 14:21
Türkiyə BRICS-ə üzv olmaq istəyir
49435
"Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir".
Valyuta.az xəbər verir ki, bunu Çinə səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.
Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay