Rusiya üztanınma sistemi Səudiyyə Ərəbistanında taksilərdə tətbiq olunacaq
Rusiya sifətinin tanınması sistemi Səudiyyə Ərəbistanında EGO rəqəmsal taksi sifarişi platformasında istifadəyə başlaya bilər. Müvafiq memorandum sistem tərtibatçısı NtechLab ilə Gitex Africa texnologiyaları və startap sərgisi zamanı imzalanıb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS-a NtechLab-ın baş direktoru Aleksey Palamarçuk bildirib.
Sürücünün şəxsiyyətini yoxlamaq üçün video analitikadan istifadə olunacaq. Taksi sürücüsü, sürücülük vəsiqəsində olan şəxsin o olduğunu müəyyən etmək üçün süni intellektə ikinci video göndərməli olacaq.
“Bu, bizim üçün yeni texnoloji istiqamətdir, burada video analitikadan istifadə etməklə bağlı bütün təcrübəmizi tətbiq edə bilərik. Süni intellekti aldatmaq çətindir. Süni intellekt alqoritmləri hesabın əsl sahibini fırıldaqçıdan, hətta üzü silikon maskan ayıra bilir”, - Palamarçuk bildirib”.
EGO-nun mətbuat xidməti aydınlaşdırıb ki, video analitika şirkətin Səudiyyə Ərəbistanı, Misir və Mərakeşdə fəaliyyət göstərən xidmətində istifadə edilə bilər.
NtechLab 2015-ci ildə yaradılıb və insanların üzlərinin və siluetlərinin, həmçinin nəqliyyat vasitələrinin və dövlət nömrə nişanlarının tanınması texnologiyalarını işləyib hazırlayır. Şirkətin məhsulları Rusiyanın 30-dan çox regionunda və 30 ölkədə istifadə olunur. NtechLab-ın baş ofisi Moskvada yerləşir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay