ABŞ pilotsuz təyyarələrə görə İrana qarşı sanksiyalar tətbiq etdi
Birləşmiş Ştatlar pilotsuz uçuş aparatlarının inkişafı, istehsalı və paylanması ilə bağlı İrandan olan 4 şirkət və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Valyuta.az xəbər verir ki, xəbər verir ki, bu barədə Amerika Dövlət Departamenti məlumat yayıb.
Press-relizdə deyilir ki, söhbət İranın Rusiyaya tədarük etdiyi pilotsuz təyyarələrdən və “münaqişələri uzatmaq və regionda sabitliyi pozmaq üçün hərbi peyklərdən və tərəfdaşlardan” gedir. Rusiya tərəfi bunu təkzib edir.
Rayan Roşd Əfzarla əlaqəli şirkətlərə, eləcə də İran Aviasiya Sənayesi Təşkilatının nümayəndəsinə qarşı məhdudiyyətlər qoyulub.
Dövlət Departamenti əlavə edib ki, ABŞ-la paralel olaraq Avropa İttifaqı da bu şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Mayın 24-də bildirilib ki, Aİ ölkələri İranın müdafiə naziri Məhəmməd Rza Aştianiyə qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay