Rusiya yeni bazarlar axrarır
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut bildirib ki, Avropa İttifaqının Rusiya məhsullarına rüsumları artırmaq qərarından sonra Rusiya başqa bazarlar axtaracaq.
Valyuta.az-ın məlumatına görə, o əlavə edib ki, Moskva humanitar siyasətin tərəfdarı olaraq qalır.
“Yəqin ki, bizim oraya tədarük etdiyimiz əsas məhsul növləri piy və yağ sektorunun məhsulları olub. Keçən il makaron istehsalı ilə bağlı xüsusilə İtaliyaya böyük həcmdə bərk buğda tədarük etmişik. Müvafiq olaraq, indi Aİ rüsumları təsdiq edildikdən sonra biz əlbəttə ki, başqa bazarlar da axtaracağıq (yağ və piy məhsulları və çuğundur pulpası üçün)", -deyə nazir bildirib.
Nazir əlavə edib ki, Rusiya hakimiyyəti rüsumların mümkün artırılmasına hazırlaşır, ona görə də vəziyyət sürpriz olmayıb. Onun sözlərinə görə, artıq görüləcək işlər üçün yol xəritəsi hazırlanıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay