Ərəblər "Yapı Kredi Bankı"nı ala bilmədilər - SƏBƏB
“Koç Holdinq” şirkəti sahibi olduğu “Yapı ve Kredi Bankası”nı Birləşmiş Ərəb Əmirliyinə məxsus banka satmaqdan imtina edib.
Türkiyə mediası xəbər verir ki, bununla bağlı “Koç Holdinq” açıqlama verib.
Açıqlamada deyilir ki, “First Abu Dhabi Bank” ilə aparılan danışıqlarda heç bir nəticə əldə edilməyib və buna görə də danışıqların dayandırılması qərarlaşdırılıb.
Türkiyə mediasında yayılan məlumata əsasən, “Koç Holdinq” “Yapı ve Kredi Bankası”nda 61,2 faiz paya sahibdir. Ötən həftə “Koç Holdinq” sahib olduğu səhmlərin 8 milyard dollara satılması üçün “First Abu Dhabi Bank” ilə danışıqlar aparıb.
Şirkətin məlumatından görünür ki, ərəblər bu qiymətə bankı almaq istəməyiblər.
Qeyd edək ki, “Koç Holdinq”in sahib olduğu bank 2000-ci ildən Azərbaycanda da fəaliyyət göstərir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin aktivlərinin həcmi 544 milyon manat, səhmdarların kapitalı isə 55,4 milyon manatdır. “Koç Holdinq”in bankı Azərbaycanın bank bazarında güclü mövqeyə sahib deyil. //Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay